İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi
Название | İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi |
---|---|
Место и Дата |
Bakı 15-11-2013 - 30-12-2013 |
Категория |
Конкурсы |
Описание
Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən üçüncü birgə İKT üzrə mükafat müsabiqəsi çərçivəsində İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur.
Fond və nazirlik tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, müsabiqənin sponsorları olan “Nar Mobile” mobil operatoru və “BestComp Group” şirkəti tərəfindən isə İKT-yə aid qiymətli hədiyyələr təqdim ediləcəkdir.
Nəticələrin dekabrda açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.
Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak edəcəkdir.
Müsabiqədə akademiya təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər iştirak edə bilərlər.
İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin aşağıdakı nominasiyalar üzrə diplom, pul və hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulmuşdur:
Alim və mütəxəssislər üçün
1-ci yer: 2500 manat (1 mükafat)
2-ci yer: 2000 manat (2 mükafat)
3-cü yer: 1500 manat (2 mükafat)
2. Gənc alimlər (35 yaşadək) üçün
1-ci yer: 2000 manat (1 mükafat)
2-ci yer: 1500 manat (2 mükafat)
3-cü yer: 1000 manat (2 mükafat)
Müsabiqəyə təqdim edilən elmi işlər (məqalə, monoqrafiya) və elmi ideyalar aşağıdakı əsas tələblərə cavab verməlidir:
Elmi işin əsli (orijinalı) təqdim olunmalıdır;
Elmi iş nüfuzlu (SCİ və digər yüksək indekslərə daxil olan və impakt faktorlu) jurnal və ya nəşriyyatda dərc olunmalıdır;
Elmi işin nəşr olunma tarixi: yanvar 2011-ci il – noyabr-2013-cü il arasında olmalıdır;
Elmi işə istinadlar olmalı və bu istinadlar müsabiqə sənədlərində dəqiq öz əksini tapmalıdır;
Elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, hər müəllifin bu elmi işin müsabiqədə iştirakına dair yazılı razılığı olmalıdır (Azərbaycandan olan müsabiqə iştirakçıları Forma 1-i imzalayır, xaricdən olan həm-müəlliflər isə imzalanmış və skan edilmiş razılığı birbaşa info@elmfondu.azelektron ünvanına göndərirlər);
Elmi işin çap olunduğu jurnala və ya nəşriyyata müəlliflik hüquqları verildiyi təqdirdə müsabiqədə iştiraka bu qurumlar tərəfindən etiraz olmaması barədə müvafiq sənəd və ya bildiriş olmalıdır;
Elmi işlə bağlı internet linkləri (veb səhifələr, nəşriyyat, istinadlar və s.) göstərilməlidir;
Müsabiqəyə yalnız 1 nominasiya üzrə 1 iş (və ya, eyni müəlliflər qrupu olduğu təqdirdə, göstərilən dövr üçün işlər seriyası) təqdim edilə bilər;
Bu müsabiqə çərçivəsində eyni bir müəllif və ya həm-müəllif iki dəfə mükafatlandırıla bilməz;
Müsabiqəyə sənədlərin təqdimi 1 müəllif/həm-müəllif tərəfindən həyata keçirilə bilər;
Digər ölkədaxili və ya regional/beynəlxalq müsabiqələrdə iştirak edərək mükafatlandırılmış elmi işlər və elmi ideyalar bu müsabiqədə iştirak edə bilməzlər;
Tezis, konfrans materiallarında çap olunmuş işlər baxılmaq üçün müsabiqəyə qəbul edilmir.
Qaliblərin seçimi zamanı nüfuzlu (SCİ daxil olan, impakt faktorlu) jurnal və ya nəşriyyatlarda dərc olunmuş, tətbiqi xarakterli, istinad olunmuş (müəllif(lər)in özünə istinadı istisna olmaqla) elmi işlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar noyabrın 26-dək qəbul ediləcəkdir.
Müsabiqənin nəticələrinin dekabr ayında açıqlanması planlaşdırılır.
Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədi ilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulmuşdur.
İKT-3 mükafat müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarların tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (http://sdf.gov.az) tanış olmaq mümkündür. Əlaqə telefonu: (012) 563-61-11. Elektron-poçt ünvanı: qrant@elmfondu.az
Место проведения
Город | Bakı |
---|---|
Адрес | Bakı |
Индекс | AZ1074 |
Страна | az |